Formada olan problem - VİDEO

Formada olan problem - VİDEO

Son ayların formada olan problemindən danışacağıq. Vətən müharibəsinin Zəfərlə başa çatmasından 1 il 2 ay vaxt keçməsinə baxmayaraq Bakıda və regionlarda hərbi geyimdə şəxlərə rast gəlirik. Tərxis olunan hərbi qulluqçularla yanaşı ümumiyyətlə hərbi xidmətdə olmayanların formada gəzməsi dəb halını alıb.

Amma məsələ təkcə dəb deyil, çünki, qanun bütün hallarda hərbçi olmayan şəxslərin hərbi forma geyinməsini qadağan edir. Azərbaycanda Hərbi geyim formasının daşınması Prezidentin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə cərimə də nəzərdə tutulur. Və geyim müsadirə olunur.

Hərbi geyimlərin satıldığı mağazalarda formaların əlçatan olması isə ayrı problemdir. Məlum vəziyyət saxtakarların formada olması üçün münbit şərait yaradır.

Hərbi formanın dəb yaxud müxtəlif müəqsədlərə görə daşınması nə hüquqi, nə də mənəvi normalara sığmır. Nəticədə bəzi insanlar üçün hərbi forma sadəcə kamuflyaj rolunu oynayır. Konkret desək bəd əməllərin maskalanması.

Məsələ ilə bağlı müdafiə nazirliyinin də mövqeyini öyrəndik. Nazirlikdən bildirildi ki, Hərbi geyim formasının daşınması Prezidentin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Hərbi geyimin daşınması qaydaları əksər ölkələrdə qanunla tənzximlənir. Və bu ölkələrdə nəzərdə tutulan cəza mexanizmləri daha sərtdir. Məsələn götürək qonşu Gürcüstanı. Bu ölkədə rəsmi olaraq orduda xidmət etməyən şəxsin hərbi geyimdə görünməsi qanunla ən ciddi qaydada cəzalandırılır. Qardaş Türkiyədə də qanun məlum mövzuya sərt yanaşır. Formanın qanunsuz geyinən şəxs 3 aydan 1 ilə qədər həbs oluna bilər. Rusiyada da hərbi geyimlərin daşınmasına icazə yalnız xüsusi əlamətdar günlərdə icazə verilir.

Hərbi geyim formasının qanunsuz daşınmasına qarşı həm də ictimai qınaq olmalıdır. Bu forma bizim zəfər libasımızdır. Onu hansısa imtiyazlar xatirinə geyinməklə dəyərdən salmamalıyıq. Ən azından ona görə ki, bu formaya şəhidlərimizin qanı dəyib.

Mənbə: www.realtv.az