Ərdoğan Rama ilə görüşdü: 7 müqavilə imzalandı

Ərdoğan Rama ilə görüşdü: 7 müqavilə imzalandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya Baş naziri Edi Rama ilə görüşüb.

Axar.az xəbər verir ki, tərəflərin mətbuat konfransından öncə hökumətlər arasında 7 müqavilə imzalanıb.

Müqavilələr təbii fəlakət və fövqəladə halların idarə olunması, media, dövlət arxivləri, mədəniyyət və incəsənət, təhlükəsizlik, gənclər və idman sahələrini əhatə edib.

 

Mənbə: axar.az