ABŞ və Avropa ölkələri Rusiyanı SWIFT-dən çıxarmağı düşünmürlər

ABŞ və Avropa ölkələri Rusiyanı SWIFT-dən çıxarmağı düşünmürlər

ABŞ və Avropa İttifaqı (Aİ) Rusiyanı SWIFT-dən çıxarmaq məsələsini nəzərdən keçirmir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ hökumətindəki mənbələrə istinadən "Handelsblatt" qəzeti məlumat yayıb.


Alman qəzeti yazır ki, Rusiyanın SWIFT sistemindən kənarda qalması qısa müddətdə maliyyə bazarlarında sabitliyin pozulmasına, orta müddətli perspektivdə isə artıq Qərb ölkələrinin hökmranlığı olmayan alternativ ödəniş infrastrukturunun yaradılmasına töhfə verə bilər.

"Bunun əvəzində Rusiyanın böyük banklarına qarşı fərdi sanksiyaların tətbiq edilməsi nəzərdən keçirilir", - deyə qəzet yazıb.

Bizim.Media

Mənbə: bizim.media