Foreign Affairs: “Avropa qitəsində genişmiqyaslı silahlı münaqişə başlaya bilər”

“NATO-nun dəqiq məqsədləri olmadığı üçün Avropa qitəsində genişmiqyaslı silahlı münaqişə başlaya bilər”.

“Report” xəbər verir ki, bu barədə Amerika Katolik Universitetinin tarix professoru Maykl Kimmeyc “Foreign Affairs” nəşri üçün yazdığı məqalədə bildirib.

“Bu gün Alyans 30 ölkəni birləşdirən, Şimali Amerikadan Qərbi Avropaya, Baltikyanı ölkələrə və Türkiyəyə qədər uzanan boş bədheybət halına gəlib. Bundan əlavə, NATO hücum və müdafiə arasında getdikcə daha çox tərəddüd edir və Serbiya, Əfqanıstan və Liviyada hərbi əməliyyatlarda iştirak edir. Nəhəng əhatə dairəsi və hədəflərin qeyri-şəffaflığı NATO-nu genişmiqyaslı Avropa müharibəsinə sürükləmək riski daşıyır”,-deyə müəllif qeyd edib.

Onun sözlərinə görə, 20-ci əsrin ortalarında qitənin qərb hissəsi üçün yaradılmış struktur Soyuq Müharibə başa çatdıqdan sonra şərq hissəsi üçün mənasız oldu. Onun fikrincə, əvvəlcə Dəmir Pərdə, coğrafiya və siyasətlə məhdudlaşan Alyans indi bölgədə yöndəmsiz və təsadüfi şəkildə yayılır.

“Strateji vəzifələri sadələşdirmək və müdafiə qabiliyyətini artırmaq üçün hərbi blok yeni ölkələrə qapılarını bağlamalıdır. Mərkəzi və Şərqi Avropanın təhlükəsizlik arxitekturasını genişləndirməkdən və yenidən düşünməkdən imtina etmək onun müasir reallıqlarda sağ qalmasına kömək edəcək”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

FIFA "fair play" mükafatının qalibini açıqlayıb

SONRAKI XƏBƏR

Tomas Tuxel ötən ilin ən yaxşı baş məşqçisi seçilib