Estoniya 5 minə qədər NATO əsgərini qəbul etməyə hazırdır

Estoniya 5 minə qədər NATO əsgərini qəbul etməyə hazırdır

Estoniyada 5 minə qədər çevik reaksiya qüvvələri əsgərini yerləşdirmək üçün hər şey hazırdır. AzVision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin kansleri Kusti Salm deyib. “Biz aydın görürük ki, mühafizə siyasəti baxımından Baltik regionu gücləndirilməlidir. Lazım gələrsə, bunun necə ediləcəyi ilə bağlı dəqiq planlar var. Estoniyada NATO-nun 5 min nəfərə qədər çevik reaksiya qüvvəsi gələcəyi təqdirdə hər şey hazırdır”-deyə, kansler bildirib.

Qurum rəsmisinin sözlərinə görə, kazarmada hərbçilər üçün kifayət qədər yer olmasa, onları çadırlarda yerləşdirmək olar.

O xatırladıb ki, NATO-nun 1200 nəfərdən ibarət döyüş qrupunun daimi əsaslarla Estoniyaya göndərilməsi barədə qərar alyansın 2016-cı ilin iyununda Varşavada keçirilən sammitində qəbul edilib və 2017-ci ilin aprelində müttəfiqlər artıq Estoniyaya gəliblər. Həmin vaxtdan Estoniya tərəfi lazımi infrastrukturu yarada bilib.



 

Mənbə: azvision.az