Poroşenkonun adı axtarılanlar siyahısından "yoxa" çıxdı

Poroşenkonun adı axtarılanlar siyahısından "yoxa" çıxdı

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun adı daxili axtarışda olan şəxslərin siyahısından silinib.

Axar.az xəbər verir ki, Poroşenkonun adı Ukrayna Daxili İşlər Nazirliyinin "daxili axtarışda olan şəxslərin siyahısı" bölümündən çıxarılıb.

Qeyd edək ki, daha öncə eks-prezidentin Ukrayna Milli Kəşfiyyat Xidmətinin tələbi əsasında daxili axtarışda olduğu, eyni zamanda ibtidai istintaq orqanlarından gizləndiyi və itkin düşmə tarixinin 24 dekabr 2021-ci il olduğu barədə məlumat yayılmışdı. Bundan əlavə, Poroşenkonun həbsinə icazə verən məhkəmə qərarının olduğu da bildirilmişdi.

Ancaq bu gün Poroşenko Kiyevdə keçirilən məhkəmə prosesinə könüllü qatılıb və bununla da onun axtarışına xitam verilib.

Qeyd edək ki, Poroşenkoya qarşı dövlətə xəyanət ittihamı ilə məhkəmə prosesi keçirilir.

Mənbə: axar.az