İran prezidenti Rusiya səfərindən əvvəl Xameneinin müşaviri ilə məsləhətləşib

İran prezidenti Rusiya səfərindən əvvəl Xameneinin müşaviri ilə məsləhətləşib

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Rusiyaya səfərindən əvvəl İranın ali rəhbəri ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə məsləhətləşib.

Bu barədə “Report” “Tasnim”ə istinadən xəbər verir.

“Söhbət prezidentin Rusiyaya səfərindən gedirdi. Təbii ki, o, bu mühüm səfərdən əvvəl məsləhətləşir və mən də bu məsləhətləşmələrin iştirakçılarından biri idim”, - Vilayəti bildirib.

Onun sözlərinə görə, nüvə sazişi ilə bağlı aparılan müzakirələr vacibdir, danışıqlarda həlledici rol oynayan Rusiya ilə bu məsələ ətrafında məsləhətləşmələr aparılmalıdır: “ Rusiya prezidenti Vladimir Putin və Rəisi bu mövzunu mütləq müzakirə edəcəklər”.

Mənbə: report.az