Nazarbayevin müşaviri: Əgər KTMT gəlməsəydi...

Nazarbayevin müşaviri: Əgər KTMT gəlməsəydi...

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları Qazaxıstanda öz missiyasını icra etdi. Əgər onlar olmasaydı, iğtişaşlar davam edəcəkdi və Yaxın Şərq və Mərkəzi Asiyadan terrorçular ölkəyə gələcəkdi.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Yermuxamet Yertısbayev deyib.

“KTMT olmasaydı, döyüşlər 2 həftə davam edəcəkdi. Bu, digər terrorçuları cəlb edəcəkdi. “Yatmış hücrələr” Mərkəzi Asiya, Yaxın Şərqdə çoxdur. Onların logistika və kommunikasiyası qurulub. Onlar bura axın edərdilər”, - deyə Yertısbayev bildirib.

 

Mənbə: axar.az