Ukrayna hərbçiləri bizdə təlim keçməyəcək - Kakaşçikova

Ukrayna hərbçiləri bizdə təlim keçməyəcək - Kakaşçikova

Rusiya ilə Ukrayna arasında hərbi münaqişə ehtimalına görə Slovakiya ərazisində ukraynalı hərbçilərin təlim keçəcəyi barədə yayılan xəbərlər doğru deyil.

Axar.az xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Məsələ barədə danışan Slovakiya Müdafiə Nazirliyinin nümayəndəsi Martina Koval-Kakaşçikova xəbəri qəti şəkildə təkzib edib:

"ABŞ administrasiyasındakı gizli mənbədən gəldiyi iddia edilən belə bir ehtimal Slovakiya ilə nə ikitərəfli, nə də çoxtərəfli qaydada heç vaxt müzakirə olunmayıb. Deməli, bu məlumat reallığa uyğun gəlmir".

Qeyd edəki, "Nyu York Tayms" qəzetinin yaydığı məlumatda ukraynalı hərbçilərin Slovakiya da daxil olmaqla, Ukrayna ilə qonşu olan ölkələrdə təlim keçəcəyi iddia olunub.

 

Mənbə: axar.az