Bayraqdardan Qarabağla bağlı onu ittiham edənlərə sərt cavab

Massaçusets Texnologiya İnstitutunun bir əməkdaşı Azərbaycanın Vətən müharibəsi dövründə "Səlcuq Bayraqdara təhsil verdiyimiz üçün utanırıq" ifadəsini işlədib.

Axar.az xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Tvitter hesabında yazıb.

“Utanmalı olduğunuz şeylər törədilən soyqırım və qətliamlardır. Biz torpaqlarımızı işğaldan azad etdik. Bundan da ancaq qürur duyuruq!”, - Bayraqdar cavabında bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Füzuli beynəlxalq aeroportuna müntəzəm aviareyslərlə bağlı danışıqlar aparılır - Nazir müavini

SONRAKI XƏBƏR

Hər səhər 36 yumurta yeyir - Çəkisi 430 kiloqramdır - FOTO