Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası başlayıb.

“Report”un xəbərinə görə, hazırda parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilir.

Deputatlar əvvəlcə komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planını və ötən sessiyada görülən işlərin hesabatını müzakirə edəcəklər. Daha sonra isə cari məsələlər ətrafında fikir və təkliflərini söyləyəcəklər.

Bu gün eyni zamanda, parlamentin Regional məsələlər komitəsinin də ilk iclası baş tutacaq. Toplantıda Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat dinləniləcək, yaz sessiyası üçün iş planı müzakirə olunacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İbrahim Borçalı: "Şəkər tapdım, başımda da nəsə var, amma yoxlatmıram" - FOTO/VİDEO

SONRAKI XƏBƏR

Benito Mussolininin qızı vəfat etdi