"Vilayəti Xorasan"ın lideri məhv edildi

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror hərəkatının Əfqanıstandakı bölməsi olan "Vilayəti Xorasan" qruplaşmasının sabiq lideri, "Əslam Fəruki" kimi tanınan Abdulla Orakzay Əfqanıstanın şimalında məhv edilib.

Milli.Az Tolo News-a istinadən bildirir ki, terror aktlarında, adam oğurluğunda, quldurluqda və s. suçlanan A.Oqrakzay onun axtarışına çıxmış "Taliban" dəstəsinin əməliyyatı nəticəsində zərərsizləşdirilib.

A.Orakzayla birlikdə onun 5 əlaltısı da öldürülüb.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Qəbələ" Türkiyədə ilk matçına çıxır, paytaxt klubları üz-üzə gəlir

SONRAKI XƏBƏR

Milli Məclisin yaz sessiyasında ilk komitə iclası keçirilir