Tbilisidə beynəlxalq konfrans keçirilir, Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunacaq

Tbilisidə beynəlxalq konfrans keçirilir, Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunacaq

Gürcüstanın paytaxtı Tbilisidə təhlükəsizlik mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, tədbiri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu (Rondeli Fondu) təşkil edib.

İkigünlük konfransda regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunacaq. Tədbirin bir sessiyası “2020-ci ildə Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda güc balansı” mövzusunda olacaq. Rondeli Fondunun prezidenti Ekaterine Metrevelinin moderatorluq edəcəyi paneldə Azərbaycanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev təmsil edəcək.

Konfransda diplomatik korpusun nümayəndələri, yerli və xarici araşdırmaçılar, siyasi ekspertlər iştirak edirlər.

Mənbə: report.az