Ermənistanın iqtisadiyyat naziri vəzifədən gedir

Ermənistanın iqtisadiyyat naziri vəzifədən gedir

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan yaxın vaxtlarda vəzifəsini tərk edəcək. AzVision.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb.

Bildirilib ki, baş nazir Nikol Paşinyan Kerobyanın işindən narazıdır və onu əvəzləmək üçün sadəcə olaraq əlverişli məqam və münasib namizəd axtarır. Xüsusilə, Paşinyanın narazılığı ondan irəli gəlirdi ki, ölkədə görülən işlərin səmərəliliyi olduqca aşağıdır. Kerobyan səs-küylü açıqlamalarına baxmayaraq, heç nəyə nail ola bilməyib.

Xatırladaq ki, o, 2020-ci ilin noyabrında bu vəzifəyə təyin edilib.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az