Avropa Məhkəməsinin qaçqınlarla bağlı qərarları Azərbaycan dilində dərc olunub

Avropa Məhkəməsinin qaçqınlarla bağlı qərarları Azərbaycan dilində dərc olunub

“30 il idi ki, Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox qaçqın və məcburi köçkünlərimizin hüquqları pozulub və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin kifayət qədər qərarları var”.

“Report”un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçıqnlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib və həmvətənlərimiz öz dədə-baba yurdlarına qovuşublar: “Düşünürəm ki, soydaşlarımızın pozulmuş hüquqlarının bərpası ilə bağlı mexanizmlərin həyata keçirilməsində nümayiş etdirilən toplu da önəmli mənbə ola bilər”.

“Bununla əlaqədar hesab edirəm ki, Qaçqınlar üzrə Ali Komissarlığıın ekspertlərinin iştirakı ilə də bu səpkidə müxtəlif mövzular üzrə təlim proqramları həyata keçirilə bilər. Eyni zamanda, davamlı maarifləndirmə layihələri, digər maarifləndirici vəsaitlərin hazırlanması, nəşr olunması və yayılması, təcrübi səfərlərin təşkili ilə bağlı və digər istiqamətlərdə birgə əməkdaşlıq edilə bilər.

Hazırkı nəşr məhz səmərəli əməkdaşlığının təzahürü olmaqla, eyni zamanda, insan hüquqlarının tədrisi və maarifləndirmə tədbirlərinə dəyərli töhfədir və düşünürəm ki, toplu hüquq ictimaiyyəti üçün faydalı vəsait və mənbə olaraq böyük maraq doğuracaq”, - o vurğulayıb.

Mənbə: report.az