Çingiz Əsgərov: “Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq”

Çingiz Əsgərov: “Gələcəkdə Azərbaycanda sığınacaq axtaranların sayı artacaq”

“Gələcəkdə Azərbaycana gələrək sığınacaq axtaranların sayı artacaq. Ona görə də dövlət orqanları bu prosesə hazır olmalıdırlar. Çünki bu kimi məsələləri onlar həll etməli olacaqlar”.

“Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Qaçqınların Beynəlxalq Himayəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin qaçıqnlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı qərarlar toplusunun nəşri ilə bağlı tədbirdə deyib.

O xatırladıb ki, keçən il Azərbaycanda inzibati məhkəmələrin ayaradılmasından 10 il ötüb: “Bu məhkəmələrin yaradılması çox düzgün addımdır”.

Ali Məhkəmənin sədr müavini bildirib ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar uğurlu nəticələrə gətirib çıxarıb: “Bütün sahələrdə aparılan islahatlar Azərbaycanın iqtisadiyyatını gücləndirib”.

Mənbə: report.az