NATO sərhədimizə qoşun yığır – Rus səfir

Biz görürük ki, NATO qüvvələrinin sərhədlərimizdə artırılması dayanmır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov deyib.

“Məlum miqrasiya böhranı zamanı Polşa-Belarus sərhədinə əlavə qüvvələr, o cümlədən ağır silahlar yerləşdirdi. Təbii ki, bu da diqqətdən yayınmadı. Xüsusilə sərhədin qorunması məsələsinə diqqətlə yanaşırıq. İttifaq Dövlətinin hava məkanında mütəmadi olaraq Rusiya-Belarus birgə patrul xidməti təşkil olunur. Patrul xidmətində Su-30 SM qırıcıları və Tu-22M3 uzaq bombardmançıları da istifadə olunur”, - səfir bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda yeddi mindən çox əcnəbiyə iş icazəsi verilib

SONRAKI XƏBƏR

2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyri-neft sektorunda isə 7,2% artıb - Mikayıl Cabbarov