Nikolay Kulbaka: “Qapalı sərhədlər heç vaxt iqtisadi artıma səbəb olmayıb”

“Azərbaycan üçün əsas dünyada vəziyyətin sakit olmasıdır. Sizin ölkəniz inkişaf edən ölkədir, başqaları kimi dünya kataklizmlərinə ehtiyacınız yoxdur. Vacibdir ki, üç əsas dünya iqtisadi mərkəzi - Çin, ABŞ və Avropa problem yaşamasın, onda Azərbaycanda da problem olmayacaq.

Bu barədə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti, iqtisadçı Nikolay Kulbaka Oxu.Az-a danışıb.

O qeyd edib ki, kommunikasiyaların açılması iqtisadiyyatın rahat nəfəs almasına gətirib çıxaracaq:

“Ümid edirəm ki, bu baş verəcək, bu sizin regionunuz üçün çox vacibdir. Qapalı sərhədlər heç vaxt iqtisadi artıma səbəb olmayıb”.

Nair Əliyev

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağa 4 sınaq yürüşü həyata keçirilib”

SONRAKI XƏBƏR

"Barselona"nın futbolçusu maaşının azaldılması ilə razılaşmır