Şuşaya gedənlərin diqqətinə: polis müşayiət edəcək

Şuşaya gedənlərin diqqətinə: polis müşayiət edəcək

İşğaldan azad olunmuş ərazilərə marşurut avtobuslarının hərəkəti DİN əməkdaşlarının müşayiəti ilə təşkil olunacaq.

Axar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir avtobusda polis əməkdaşları əyləşəcək:

“Şuşa və Ağdamda gəziləcək, görüləcək yerlərlə bağlı ANAMA ilə müvafiq işlər görülüb. Planlar hazırlanıb və göndərilib”.

Mənbə: axar.az