Dörd əfqan Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib

Dörd əfqan Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib

Əfqanıstanın dörd vətəndaşı Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat konfransında deyib.

O bildirib ki, həmin şəxslər əvvəldən Azərbaycanda müvafiq yaşama icazə olanlardır: “Lakin ölkə sərhədlərinə yaxınlaşaraq vətəndaşlıq istəyən əfqan olmayıb. Müxtəlif həmkar qurumlardan və beynəlxalq təşkilatlardan bununla bağlı 118 sorğu daxil olub".

Mənbə: report.az