Ağdamda gecələmək üçün heç bir şərait yoxdur - Rəis müavini

Ağdamda gecələmək üçün heç bir şərait yoxdur - Rəis müavini

Ağdamda vətəndaşların qalması üçün heç bir şərait yoxdur.

Day.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Şuşada bu şərait olsa da, vətəndaşların o ərazilərə səfəri zamanı hələlik qalmağa icazı verilməyəcək: "Səfər 2 saat yarım müddətində təşkil olunacaq və nəzərə alaq ki, yol da uzaqdır. Bununla yanaşı, qış ayları olduğunu da nəzərə alsaq, vətəndaşların qalması üçün hələlik heç bir qərar qəbul olunmayıb".

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev əlavə edib ki, hər marşurut xətti üzrə gün ərzində avtobus tutumu nəzərə alınmaqla 43 sərnişin səfər edə biləcək.

Mənbə: news.day.az