Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarır

Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarır

Rusiya öz diplomatlarının ailələrini Ukraynadan çıxarmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb.

Nəşr yazır ki, təhlükəsizlik orqanlarında çalışan yüksək vəzifəli ukraynalı məmurun sözlərinə görə, yanvarın 5-i Rusiyanın Kiyev şəhərində çalışan diplomatların övladları və həyat yoldaşları avtobuslarla Moskvaya yola düşüblər.

Bir neçə gün əvvəl isə Kiyev və Lvovdan rusiyalı diplomatların daha 30-a yaxın ailə üzvü Ukraynanı tərk edib. Digər konsulluqlardakı diplomatlara da ölkəni tərk etməyə hazırlaşmaları bildirilib.

“The New York Times” qeyd edir ki, Ukrayna və ABŞ-da belə hesab edirlər ki, Rusiya bunu etməklə ya təbliğata əl atır, ya hücuma hazırlaşır, ya da hər kəsi aldatmağa çalışır.

“Bizdə olan məlumata görə, Rusiya hökuməti dekabrın sonunda və yanvarın əvvəlində Ukraynadakı səfirlikdə çalışan rus diplomatların ailə üzvlərinin təxliyyəsinə hazırlaşıb”, - deyə amerikalı bir məmur söyləyib.

Mənbə: qafqazinfo.az