Rusiya XİN-ə haker hücumunda Şimali Koreya izləri aşkarlandı

Rusiya XİN-ə haker hücumunda Şimali Koreya izləri aşkarlandı

ABŞ-ın kibertəhlükəsizlik üzrə “Cluster25” və “Black Lotus Labs” şirkətləri Şimali Koreyanın “Konni” haker qrupunun Rusiya XİN-ə hücumlarını üzə çıxarıb.

“Black Lotus Lab”ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarına peyvənd statusu barədə məlumat verməyə dəvət edən sənədlərin olduğu arxivlər göndərilib ki, bu da XİN-də çalışan şəxslərdən birinin hesabının oğurlanmasına səbəb olub. Daha sonra bu ünvandan hakerlər Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova [email protected] ünvanına fişinq məktubu göndəriblər. Məlum olub ki, bu mail nazir müavininin katibliyinə məxsusdur.

Mənbə: Kommersant

Mənbə: www.oxu.az