“Qarabağa dönüş” təşkilatından Fransaya sərt ETİRAZ - VİDEO

“Qarabağa dönüş” təşkilatından Fransaya sərt ETİRAZ - VİDEO

“Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev Fransa Prezidenti Emmanuel Makrona video müraciət ünvanlayıb.

Bizim.Media xəbər verir ki, fransız dilində edilən video müraciətdə Fransanın Respublikaçılar partiyasından prezidentliyə namizədi xanım Valeri Pekresin dekabrın 22-də Azərbaycan Respublikasının Qarabağ bölgəsinə qanunsuz və icazəsiz səfəri, səfər başa çatdıqdan sonra Fransa mətbuatına açıqlamalarında səsləndirdiyi fikrlərə etiraz bildirilib.

Təşkilat rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini V. Pekresin qeyri-qanuni yolla və gizlicə keçməklə Xankəndi şəhərinə getməsi sivil dünyanın qanunlarını kobud şəkildə pozmaqdır.

T.Gəncəliyev Fransa prezidentinin diqqətinə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zamanda xanım Pekresin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışıdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır.

Millət vəkili müraciətdə bildirib ki, xanım Pekresin mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyinidirməyə çalışır və insanların dini hissiyyatları üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirmələri qətiyyən yolverilməzdir və Azərbaycan ictimayyəti tərəfindən kəskin şəkildə pislənilir.

Bizim.Media

Mənbə: bizim.media