Çingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildirdi

Çingiz Əsgərov hakimlərin sayının az olması ilə bağlı iddialara münasibət bildirdi

Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycanda məhkəmə hakimlərinin sayının az olması ilə bağlı iddialara münasibət bildirib.

Ç.Əsgərov "Report"a açıqlamasında deyib ki, hakimlərin sayının artırılması istiqamətdə ardıcıl olaraq işlər həyata keçirilir.

"Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi prosesi aparılır. Hər il məhkəmələrə yeni hakimlər təyin olunur. Bu proses də Avropa dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Demək olar ki, hər il məhkəmələrə 30 yeni hakim təyin edilir. Bununla da hakimlərin qıtlığı problemi tədricən aradan qaldırılır", - o vurğulayıb.

Mənbə: report.az