"Nazarbayevi bütün səhvlərə görə günahlandırmaq, alçaqlıqdır"

"Nazarbayevi bütün səhvlərə görə günahlandırmaq, alçaqlıqdır"

«Nur Otan» partiyasının sədr müavini Baurjan Baybek Nursultan Nazarbayevi müdafiə edib. Onun sözlərinə görə, keçmiş Prezidenti bütün səhvlərdə günahlandırmaq - bu, alçaqlıqdır.
Bu barədə yanvarın 18-də newtimes.kz xəbər verib.
Bu bəyanatı Baybek partiyanın videokonfransında səsləndirib. Konfrans partiyanın Prezident Qasım-Comərd Tokayev tərəfindən qarşısına qoyulmuş tapşırıqların həllində iştirakına həsr olunub. O, qeyd edib ki, çox insanlar meydana çıxıblar, Elbası barədə müxtəlif fikirlər səsləndirirlər və situasiyanı Türkiyə ilə müqayisə edirlər, orada onun sözlərinə görə, bu ölkənin birinci Prezidenti Mustafa Kamal Atatürk barədə müxtəlif baxışlar var. Amma buna baxmayaraq, o, tarixi şəxsiyyətdir və şəxsiyyət olaraq qalır - müasir Türkiyənin əsasını qoyan şəxs.
«Əlbəttə, həmişə səhvlər olub ki, onları düzəltmək qaçılmazdır. İslahatın, bizim Prezident tərəfindən elan edilmiş islahatın mahiyyəti də bundadır. Bu gün Nursultan Nazarbayevi bütün səhvlərə görə dövlət başçısı postundan gedəndən sonra günahlandırmaq, alçaqlıqdır və ayrı-ayrı vətəndaşlara şöhrət gətirmir» - Baybek deyib.
Baurjan Baybek 2015-ci ildən 2019-cu ilə qədər Alma-Atının hakimi olub. 2019-cu ildən hal-hazıra qədər «Nur Otan» partiyası sədrinin birinci müavinidir.
Onun atası Kıdırqali Baybek məktəb illərində Nursultan Nazarbayevlə bir sinifdə oxuyub. Müsahibələrinin birində Baurjan Baybek deyib ki, atasının Elbası ilə bir sinifdə oumasından fəxr duyur.
AzPolitika.info

Mənbə: teref.az