Entoni Blinken Ukraynaya gəldi

Entoni Blinken Ukraynaya gəldi

ABŞ dövlət katibi Entoni Blinken planlaşdırılan səfər çərçivəsində Ukraynaya gəlib. Bu barədə “Agence France-Presse” xəbər verir.

Agentliyin məlumatına görə, çərşənbə günü səhər göyərtəsində ABŞ dövlət katibinin olduğu təyyarə Kiyevə enib.

Ukraynaya səfəri zamanı Blinkenin Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır.

Dövlət Departamentinin açıqlamasına görə, Amerika diplomatiyasının rəhbəri ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiq edəcək.

 

Mənbə: virtualaz.org