Çingiz Əsgərov: "Məhkəmə-hüquq sistemində çox müsbət dəyişikliklər baş verir"

Çingiz Əsgərov: "Məhkəmə-hüquq sistemində çox müsbət dəyişikliklər baş verir"

"Azərbaycanda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də islahatlar aparılır. Həmin islahatlar nəticəsində isə çox müsbət dəyişikliklər baş verir".

Bu fikirləri "Report"a açıqlamasında Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində insanlara göstərilən hüquqi yardımın keyfiyyəti daha da artırılacaq: "Bundan əlavə, vəkillərin peşəkarlıq səviyyəsi də artırılacaq. Bununla bağlı çoxlu islahatlar həyata keçirilir. Bu isə vətəndaşların rahatlığı üçündür".

Mənbə: report.az