Böyük müharibə qaçılmazdır - Rusiyanın aqressiyası artır

"Kanada Ukraynaya xüsusi təyinatlı qüvvələrinin kiçik kontingentini göndərib. İsveç və Finlandiya NATO-ya qoşulmaq istəyir, sürətlə silahlanır. Ordunu ləğv etməyi düşünən İsveç məcburi hərbi mükəlləfiyyəti bərpa edib".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Rusiya böyük toqquşma öncəsi ətrafında balanslı xarici siyasət yeridən, çoxşaxəli xarici siyasəti olan ölkələr istəmir:

"Rusiya əvvəllər bu ölkələri NATO-ya daxil olacağı halda, nüvə silahı ilə təhdid edirdi. Əvvəllər, o qədər də həvəsli olmayan ABŞ, ən son rəsmi ağızdan bu ölkələri NATO-da görmək istədiyini dedi. ABŞ-ın builki hərbi büdcəsində Ukraynaya hərbi yardım üçün vəsaitin təsdiqlənməsi NATO-nun Ukraynada geri addım atmayacağını göstərir.

Daha əvvəl Britaniya, indi də Kanada Ukraynaya hərbi kontingent göndərir.
Rusiyanın tələbi konkretdir: Qərb (NATO) 1997-ci il sərhədlərinə qayıtmalı, Rusiyanın yerdə qalan ərazidə nüfuzunu tanımalıdır. ABŞ isə sadəcə ortamənzilli ballistik raketləri Ukraynaya yerləşdirməyəcəyini öhdəlik olaraq qəbul edir.

Toqquşma qaçılmazdır. Böyük toqquşmadan əvvəl Rusiya arxa bağçasından əmin olmaq istəyir. Ətrafında balanslı xarici siyasət yeridən, çoxşaxəli xarici siyasəti olan ölkələr istəmir. Qazaxıstandakı dövlət çevrilişinə, Belarusda Batkanın əl-qolunun bağlanmasına buradan baxmaq lazımdır.

Bizim və regionumuz üçün əhəmiyyətli məsələ - regionda münasibətlər istinəcək. Rusiyanın aqressiyası artacaq. Orta Asiya və Qafqaz regionu avia hədəfdir. Putin böyük qarşıdurma öncəsi tam təslimiyyət istəyir".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Ermənilər evimizin təməl daşını belə dağıdıblar” - Şuşa sakini ilə söhbət

SONRAKI XƏBƏR

"Rusiyaya səfər münasibətlərimizdə dönüş nöqtəsi ola bilər" - Rəisi