Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət edib

Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Ukraynana səfər edəcək. AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin nümayəndəsi deyib.

Məlumata görə, səfər zamanı Ərdoğan həmkarı Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Qeyd olunub ki, Ərdoğan Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün Putin və Zelenskini Türkiyəyə dəvət edib.

Pərvanə Sultanova

 

Mənbə: azvision.az