Boris Consona qarşı TƏZYİQLƏR VAR: Baş nazirlik kürsüsü ilə vidalaşa bilər

Boris Consona qarşı TƏZYİQLƏR VAR: Baş nazirlik kürsüsü ilə vidalaşa bilər

Britaniyanın Baş naziri Boris Consonun liderliyi təhlükə altına düşüb.

Metbuat.az xəbər verir ki, koronavirusa görə tətbiq edilən sərt karantin qaydalarını pozduğuna görə, müxtəlif siyasi partiyaların qəzəbli reaksiyasından liderliyi təhlükə altına düşən Consona qarşı 20-yə qədər Mühafizəkar millət vəkili etimadsızlıq məktubu təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, cəmi iki il əvvəl Conson 1987-ci ildə hakimiyyətdə olmuş Marqaret Tetçerdən sonra ən böyük Mühafizəkar çoxluğu əldə edərək partiyasının sevimlisinə çevrilmişdi. Bu da Borisə Britaniyanı Avropa İttifaqından çıxarmaq üçün verdiyi vədləri yerinə yetirməyə imkan verdi.

Lakin İngiltərəndə - "Downing Street"in sərt karantin qaydalarını aşkar şəkildə pozması ilə bağlı davamlı açıqlama axınının təsiri altında onunla olan münasibətlər sürətlə pisləşməyə başladı. Onu da bildirək ki, İngilərədə liderliyə namizəd olan birinə meydan oxumaq üçün parlamentdəki 360 Mühafizəkarın, 54-ü partiyanın üzvünün komitənin sədrinə etimadsızlıq məktubu yazmalıdır. Bu məktublar məxfi sayılır və sədr yeganə şəxsdir ki bu məktubların kimlər tərəfindən yazıldığını bilir. Əgər Conson liderlik uğrunda mübarizəyə başlasa bu onun populyarlığına uzunmüddətli ziyan vurmuş ola bilər.

Gülbəniz Hüseynli 

Mənbə: metbuat.az