Serdyukov da Qazaxıstanı tərk etdi – Son 4 təyyarə

Serdyukov da Qazaxıstanı tərk etdi – Son 4 təyyarə

KTMT sülhməramlı qüvvələrinin rusiyalı kontingentini daşıyan son 4 təyyarə Qazaxıstandan Rusiyaya uçub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlılarının olduğu son 4 təyyarə Qazaxıstanın Nur-Sultan və Almatı hava limanlarından havaya qalxıb”, - məlumatda qeyd olunub.

Rusiyalı sülhməramlı kontingentinin komandanı general-polkovnik Andrey Serdyukov da Qazaxıstanı tərk edib.

 

Mənbə: axar.az