Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Monteneqro parlamentinin sədri Aleksa Beçiç Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.

Görüşün məqsədi hər iki tərəfin mövcud pandemiya şəraitinə baxmayaraq, qarşılıqlı əlaqələrin gücləndirilməsi, noyabr ayında Bakıda Azərbaycan Respublikasının Prezidentinin himayəsi ilə keçirilmiş 8-ci Qlobal Bakı Forumu və Mərkəzin Qərbi Balkanlarda reallaşdırdığı layihələrin müzakirəsi olub və 2022-ci ildə Mərkəzin Monteneqroda təşkil edəcəyi alisəviyyəli toplantı haqqında məlumat verilib.

Səfər zamanı cənab Aleksa Beçiç və müşayiət edən digər rəsmilər dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgisi ilə tanış olub.

Görüşdə həmçinin Monteneqro parlamentinin üzvü Boris Boqdanoviç, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və fəxri konsul Vüqar Əliyev iştirak edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Hamının istədiyi qədər Qarabağa getməsinə şərait yaradılacaq" - Deputatdan AÇIQLAMA

SONRAKI XƏBƏR

Bolqarıstan Prezidentinin andiçmə mərasimi keçirilib