Ukrayna XİN başçısı ilə Aİ nümayəndəsi arasında telefon danışığı olub

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə nazir Dmitri Kuleba tviter səhifəsində paylaşım edib.

“Biz Rusiyanı gələcək hücumdan çəkindirmək yollarını müzakirə etdik. Bütün Avropa İttifaqı üzvlərinə mesajım konkretdir: İndi Rusiyanı təcavüzdən çəkindirmək üçün atılan bütün addımlar gələcək potensialı dayandırmaqdan asan olacaq”, – Ukrayna XİN başçısı paylaşımında qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Milli Məclisin Hesablayıcı komissiyası fəaliyyətini əvvəlki tərkibdə davam etdirəcək

SONRAKI XƏBƏR

Mərhum bacısı Şəfa Hüseynovanı qarşısında görən qardaş onu gözüyaşlı izlədi - VİDEO