Ermənistan sərhəddəki vəziyyətlə bağlı təkliflərini Rusiyanın vasitəçiliyi ilə Bakıya göndərdi

Ermənistan sərhəddəki vəziyyətlə bağlı təkliflərini Rusiyanın vasitəçiliyi ilə Bakıya göndərdi

Ermənistan sərhəddəki vəziyyətin deeskalasiyası ilə bağlı təkliflər paketini Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Hazırladığımız təkliflər paketi Rusiyaya, onun vasitəsilə isə Azərbaycana təqdim edilib. Bu təkliflər sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlib”, - o qeyd edib.

Mirzoyan azərbaycanlı həmkarı ilə görüşünün planlaşdırılmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəyini bildirib.

Mənbə: report.az