Amerikalı məmur “Böyük Ermənistan” və “Kürdüstan” xəritələri önündə şəkil çəkdirdi - BU DA BU...

Amerikalı məmur “Böyük Ermənistan” və “Kürdüstan” xəritələri önündə şəkil çəkdirdi - BU DA BU...

ABŞ-ın Beynəlxalq dini azadlıq komissiyasının sədri Maenza Nadin Şimali İraq Kürdüstan Muxtariyyatının keçmiş lideri Məsud Bərzani ilə görüşdə qalmaqallı hərəkətə imza atıb.
Teref.az musavat.coma istinadən xəbər verir ki, Maenza Nadin kürd liderlə birlikdə içində Türkiyə ərazisi üzərindəki “Böyük Ermənistan” və “Kürdüstan”ın yer aldığı xəritənin fonunda poza verib.
Foto qardaş ölkənin mətbuatında ciddi təpkiyə səbəb olub.
Qeyd etmək lazımdır ki, bu Bərzanilərin Türkiyəyə qarşı ilk hörmətsizliyi deyil. Hələ ötən ilin mart ayında Roma papası I Fransiskin İraq səfərində Şimali İraq hökuməti Sivasdan Qarsa qədər bütün əraziləri “Kürdüstan” içində göstərən bir markanı qonağa təqdim etmişdilər.
2021-ci ilin oyabr ayında kürd muxtariyyyatının paytaxtı Ərbilə gələn Böyük Britaniya Xarici işlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə dövlət naziri Tonias Martin Elvud və krallığın İraqdakı səfiri Frank Beykerin Məsud Bərzani ilə xüsusi xəritələrin fonunda şəkil çəkdirməsi diqqət cəlb etmişdi.

Mənbə: teref.az