Nursultan Nazarbayev ömürlük rəhbər statusundan məhrum edilib

Nursultan Nazarbayev ömürlük rəhbər statusundan məhrum edilib

Nursultan Nazarbayev Qazaxıstan Xalqlar Assambleyasının və Təhlükəsizlik Şurasının ömürlük rəhbəri statusundan məhrum edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatı Kanat Nurov bildirib. O qeyd edib ki, müvafiq qanun Məclis tərəfindən baxılıb təsdiqlənməsi üçün parlament Senatına göndərilib.

Qazaxıstan Parlamenti Məclisinin (aşağı palatası) deputatları ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin Qazaxıstan Xalqları Assambleyası (QXA) və Təhlükəsizlik Şurasında ömürlük sədrliyini ləğv edən qanunvericiliyə düzəlişləri təsdiqləyib.

İlahə Əhmədova

Mənbə: azertag.az