Rusiyaya iki variant təklif etdik - Blinken

Rusiyaya iki variant təklif etdik - Blinken

Ukrayna ilə bağlı vəziyyəti həll etməyin iki yolu var.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Ukrayna səfərində deyib.

"Ukraynadakı tərəfdaşlarımız və Avropadakı müttəfiqlərimizlə yaxından məsləhətləşərək, Rusiyaya fikir ayrılıqlarını sülh yolu ilə həll etmək, gərginliyin azaldılmasına doğru getmək üçün iki yol təklif etdik - diplomatik dialoq. Başqa bir yol - Rusiya Ukraynaya qarşı təcavüzünü bərpa etmək qərarına gəlsə, münaqişə və ağır nəticələrdir", - Blinken qeyd edib.

 

Mənbə: axar.az