Türkiyə səfiri 20 Yanvar şəhidlərini yad edib

Türkiyə səfiri  20 Yanvar şəhidlərini  yad edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şəhidlər xiyabanını ziyarət edib. AzVision.az xəbər verir ki, bu barədə diplomat tvitterdə yazıb.

"Bu gecə qərənfilin ağladığı gecədir. Bu gün günəşin doğmadığı gündür.1990-cı il yanvarın 20-də Bakıda azadlıq, istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları cənnət olsun. Unutmayacağıq", - səfir qeyd edib.

Bu gece ‘karanfilin ağladığı gece’
Bu gün ‘güneşin doğmadığı gün’ dür.

20 Ocak 1990’da Bakü’de
özgürlük,hürriyet,bağımsızlık ve egemenlik uğrunda şehit düşen can kardeşlerimizi saygıyla ve rahmetle anıyoruz. Ruhları şad mekanları Cennet olsun. Unutmayacağız. #20yanvar pic.twitter.com/eVMWq5nIi6

— Cahit Bağcı (@CahitBagci) January 19, 2022

 

 

Mənbə: azvision.az