Putinin hər bir bəyanatını diqqətlə izləyirəm - Şallenberq

Putinin hər bir bəyanatını diqqətlə izləyirəm - Şallenberq

Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı çox güclü birgə plan hazırlanır.

Axar.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq danışıb.

"Bəli, vəziyyət son dərəcə narahatedicidir, vəziyyəti sakitləşdirməyin yollarını tapmalıyıq. Mən Avropa Birliyindən olan həmkarlarıma və hər şeydən əvvəl ABŞ-a bu dialoqa qoşulduqlarına görə minnətdaram. Dediyim kimi, bu yeganə yoldur. Həmkarım Sergey Lavrovun və Prezident Vladimir Putinin hər bir ictimai bəyanatını diqqətlə izləyirəm. Hələlik onlar aqressiv tonda qalırlar, amma ümid edirəm ki, biz ortaq məxrəc tapacağıq. Bəli, Rusiyanın təklif etdiklərinin çoxu sadəcə olaraq qəbuledilməzdir", - Şallenberq deyib.

 

Mənbə: axar.az