Türkiyə Əfqanıstana yardım göndərəcək

"Əfqanıstanda 13 milyonu uşaq olmaqla 19 milyona yaxın insan təcili ərzaq çatışmazlığından əziyyət çəkir”. AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası və 10 Qeyri Hökumət Təşkilatının dəstəyi ilə bu ölkəyə xeyriyyə məqsədilə 700 ton ərzaq, geyim, səhiyyə və təcili yardım məhsulları daşıyan qatar yola düşəcək.


 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynadan Ərdoğanın təklifinə reaksiya

SONRAKI XƏBƏR

ASALA-dan Bakı və Ankaraya qarşı terror "hədəsi"