Onların çoxu qazax dilində deyil, bu dildə danışırdı - Nazir

Qazaxıstandakı etiraz aksiyaları zamanı silahlı hücum edənlərin çoxu nə qazax, nə də rus dilində danışırdılar, onlar digər Asiya dillərində danışırdılar.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi deyib.

"Biz onların islamçı radikal qruplara aid olduqlarına inanırıq. Almatıda yaşayan bir çox dostlarım, eləcə də orada hadisənin şahidi olmuş səfirlərimiz mənə zəng edərək bildirdilər ki, silahlı hücum edənlər arasında qazax dilində aşkar ləhcə ilə danışanların çox olması onların bu dildə danışmadığını göstərir. Onlar arasında yaralı olanların bəziləri xəstəxanalardadır və həkimlər onların qazax və rus dilini bilmədiyini bildiriblər. Yəni başqa Asiya dillərində danışırdılar", - nazir bildirib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Özünü koronavirusa yoluxduran müğənni öldü

SONRAKI XƏBƏR

Sərxoş kişi dostunu QURBAN KƏSDI