Putin Rəisinin şərəfinə qaravul dəstəsi düzmədi - VİDEO

Putin Rəisinin şərəfinə qaravul dəstəsi düzmədi - VİDEO

Rusiyada səfərdə olan İran Prezidenti İbrahim Rəisi Kreml sarayında həmkarı Vladimir Putinlə görüşüb.

Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, tərəflər görüşdə müxtəlif infrastruktur sahələri, xüsusilə Şimal-Cənub koridoru, eləcə də enerji, bank və ticari əlaqələrin inkişafı sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Diqqət çəkən məqamlardan biri bu olub ki, V.Putinlə görüşdən öncə İbrahim Rəisinin şərəfinə fəxri qaravul dəstəsi düzülməyib.

Həmçinin, Putinin Rəisini rəsmi qarşılama mərasimi ilə bağlı heç bir görüntü yayılmayıb.
 

Mənbə: bizim.media