Mirzoyan Çavuşoğlu ilə danışığını sözbəsöz açıqladı

Mənim türkiyəli həmkraımla ötən ilin dekabrında Stokholmda baş tutan söhbətim ənənəvi mənada görüş sayıla bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bu gün parlamentdəki çıxışında bu görüşlə bağlı rəsmi açıqlama olmamasının səbəbinə aydınlıq gətirərkən deyib.

O bildirib ki, Mövlud Çavuşoğlu ilə görüşündəki söhbətini “sözbəsöz” deməyə hazırdır:

“Bizim görüşümüz ənənəvi formaya uyğun deyildi. Biz ATƏT XİN rəhbərlərinin görüşünə gedərkən dəhlizdə rastlaşdıq. Bərabər getdik. Aramızdakı danışıq isə təxminən belə oldu:

"- Salam.

- Salam.

- Tanışlığımıza şadam.

- Mən də şadam.

- Biz normallaşma prosesinə köklənmişik.

- Elə biz də normallaşma prosesinə kökənmişik.

- Onda danışıqlar üçün xüsusi nümayəndələri təyin edə bilərik.

- Evə qayıdan kimi təyin edək və prosesə başlayaq".

Hesab edirəm ki, bu, pozitiv danışıq idi. Bəli, bu, ənənəvi görüş deyildi, ancaq buna baxmayaraq, görüş idi. Siqnallar da, məncə, kifayət qədər pozitivdir”.

A.Mirzoyan görüşdə hansısa “gizli məqamlar” olduğu haqda iddiaları qətiyyətlə təkzib edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"İzahatlar məni qane etmir" - Ramiz Mehdiyev

SONRAKI XƏBƏR

Masallıda 19 yaşlı gənc bıçaqlanıb