Merkel BMT Baş katibinin iş təklifindən imtina etdi

Almaniyanın keçmiş kansleri Angela Merkel şəxsən BMT Baş katibi Antonio Quterreşə zəng edərək təklif olunan işdən imtina edib.

Bu barədə keçmiş kanslerin ofisindən məlumat verilib.

“Merkel ötən həftə şəxsən BMT Baş katibinə zəng edərək təklifə görə ona təşəkkürünü bildirib və qəbul edə bilməyəcəyini söyləyib”, - deyə ofisdən bildirilib.

Qeyd edək ki, BMT Baş katibi Angela Merkelə qurumdakı məşvərət xarakterli orqanlardan birinə rəhbərlik etməyi təklif etmişdi.

Mənbə: RİA Novosti

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ölmək üçün dünyada ən yaxşı ölkələr – SİYAHI

SONRAKI XƏBƏR

“Yastıq altındakı qızılı iqtisadiyyata gətiririk” - Ərdoğan