“Yastıq altındakı qızılı iqtisadiyyata gətiririk” - Ərdoğan

"20 dekabrda ölkə iqtisadiyyatındakı çaxnaşmanı düzəltdik".

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamasında deyib.

Ərdoğan qızılın yastıq altından iqtisadiyyata daxil edilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

“Dekabrın 20-də açıqlanan tədbirlərlə məzənnəni sabitləşdirdik. Fiziki şəxslərin və investorların valyuta ilə qorunan lirə əmanətlərinə ciddi maraq göstərdiyini görürük. İndiyədək sistemə 163 milyard lirə əmanət köçürülüb. Biz xarici valyuta və qızıl hesablarını məcburi ehtiyatlardan azad etdik. Yastıq altındakı qızılı iqtisadiyyata gətirmək üçün səylərimiz davam edir”, - Ərdoğan əlavə edib.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Merkel BMT Baş katibinin iş təklifindən imtina etdi

SONRAKI XƏBƏR

Zelenskidən xalqa Rusiya hücumu ilə bağlı müraciət