Papua-Yeni Qvineyada ölüm cəzası ləğv olunub

Papua-Yeni Qvineya parlamenti ölkədə ölüm cəzası haqqında qanunu ləğv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Post-Courier qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, indi qəsdən adamöldürmə, zorlama, güc tətbiqi ilə qarət, dövlətə xəyanət və dəniz quldurluğu kimi ağır cinayət törədənlər ömürlük həbs cəzasına məhkum olunacaq. Bundan əvvəl ölüm cəzasına məhkum edilənlər isə 30 il ərzində vaxtından əvvəl şərti azadlığa buraxılmaq hüququnu itirirlər.

Qəzet qeyd edir ki, ölkənin hakimiyyət orqanları ölüm cəzasını onun icrası üçün inzibati mexanizmlər və infrastruktur olmaması səbəbindən ləğv ediblər. Ölkədə ölüm hökmü sonuncu dəfə 1954-cü ildə icra olunub.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda əmlak vergisi üzrə vergitutma bazası genişləndirilir

SONRAKI XƏBƏR

Azərbaycana BƏƏ-dən gələn turistlərin sayı 2 dəfədən çox artıb