Peskov: “İkitərəfli görüşə hazırlıq yoxdur”

Peskov: “İkitərəfli görüşə hazırlıq yoxdur”

Paralel.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rəcəb Tayyib Ərdoğanın Putinlə Zelenski arasında görüş keçirmək ideyası ilə bağlı belə deyib: “Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi ikitərəfli görüşə hazırlıq yoxdur. Yalnız Ukraynaya silahların vurulması və onun Minsk tədbirlər paketinə əməl etməməsi var”.
Ərdoğanın Putinlə Zelenskini danışıqlara dəvət etməsi bir gün əvvəl məlum olub. Türkiyə prezidentinin qeyd etdiyi kimi, Ankara iki liderin “göz-gözə, üz-üzə” ünsiyyət qura biləcəklərinə ümid edir”.
Nigar

Mənbə: paralel.az