Zelenski özünü Reyqanla müqayisə etdi

Zelenski özünü Reyqanla müqayisə etdi

Ukrayna Prezidenti Vladimir Zelenski müsahibəsində özünü ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanla müqayisə edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.

Zelenski ilə söhbət zamanı ondan aktyor karyerası olan və hərbi keçmişi olmayan şəxsin Ukrayna ilə sərhəddəki “kabusun” öhdəsindən necə gəldiyi soruşulub.

O isə “Ronald Reyqan da hərbçi deyildi" deyə cavab verib.

Zelenski Reyqanı həqiqətən bəyəndiyini və ona heyran olduğunu da qeyd edib:

“Mən onu şəxsən tanımırdım. Ancaq mübarizə aparan və istədiyi nəticəni əldə edən insanlara böyük hörmətim var”.

 

Mənbə: axar.az