Ukrayna Rusiya ilə sərhədlərinin mühafizəsini gücləndirir

Ukrayna hökuməti Rusiya ilə sərhədlərin mühafizəsi ilə bağlı texniki və mühəndislik təchizatına 86 milyon dollardan çox vəsait sərf edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Sərhəd Mühafizəsi Xidmətinin açıqlamasına görə, həmin vəsait 2015-2021-ci illərdə ayrılıb. Həmin müddət ərzində 403 km xəndək, 332 cəbhəboyu yol, yarğanlar üzərindən 149 körpü, 99 kilometr metal hasar, 62 kilometr tikanlı məftilli hasar və s. qurulub.

Qeyd edək ki, ötən ilin dekabr ayında Ukrayna hökuməti tərəfindən təsdiq olunmuş sərhədlərin mühafizəsi proqramı çərçivəsində Rusiya ilə 1676 kilometr, Belarusla 1084 kilometr sərhəddin təchizatına 36,3 milyard qrivna, yəni 1,33 milyard dollar ayrılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Şəkidə narkotik alverçiləri saxlanılıb

SONRAKI XƏBƏR

Moskvada Azərbaycan filmləri həftələri keçiriləcək